SON DƏQİQƏ
» » Estoniya Rusiyanın Su-34 qırıcısının ölkənin hava məkanını pozduğunu açıqlayıb

Estoniya Rusiyanın Su-34 qırıcısının ölkənin hava məkanını pozduğunu açıqlayıb

Tarix:

24-09-2019, 17:30

/ 1 766 dəfə oxundu.
Estoniya Rusiyanın Su-34 qırıcısının ölkənin hava məkanını pozduğunu açıqlayıb

Estoniya hərbçiləri  Rusiya Aerokosmik Qüvvələrinə məxsus Su-34 qırıcısının Baltik respublikasının hava məkanını pozduğunu açıqlayıb.

GunAz.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

"Rusiya Aerokosmik Qüvvələrinin Su-34 qırıcısı dünən gecə Vindloo adası ərazisində  respublikanın hava məkanına daxil olub. Təyyarə Estoniyanın hava məkanında bir dəqiqədən az qalıb. Su-34-ün uçuş planı təqdim edilməyib. Təyyarə Estoniyanın dispetçer xidmətləri ilə radio əlaqə yaratmayıb", -Estoniya Müdafiə Qüvvələri Baş Qərargahının mətbuat xidməti açıqlayıb.

Baş Qərargahdan verilən məlumata görə, ölkənin Xarici İşlər Nazirliyi bazar ertəsi Rusiyanın Estoniyadakı səfirini nazirliyə çağıraraq etiraz notası verib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər