SON DƏQİQƏ
» » Lordlar Palatası Brexit-in təxirə salınmasına dair qanun layihəsini təsdiqləyib

Lordlar Palatası Brexit-in təxirə salınmasına dair qanun layihəsini təsdiqləyib

Tarix:

7-09-2019, 20:10

/ 1 823 dəfə oxundu.
Lordlar Palatası Brexit-in təxirə salınmasına dair qanun layihəsini təsdiqləyib

Böyük Britaniya Parlamentinin Lordlar Palatası AB ilə razılaşma olmasa Brexit-in təxirə salınmasına dair qanun layihəsini təsdiqləyib. GunAz.az "Anadolu"ya istinadla xəbər verir ki, sənəd sentyabrın 4-də İcmalar Palatası tərəfindən qəbul edilmişdi.

Qanun layihəsi London və Brüssel arasında razılaşma olmasa Avropa Birliyindən Brexit-i təxirə salmağı xahiş etməsinə dair Baş nazir Boris Consonun üzərinə öhdəlik qoyur.

Sənəd kraliça tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək. Bunun 9 sentyabrda  baş tutması gözlənilir.

скачать dle 12.1

Şərhlər