SON DƏQİQƏ

Aksyonov Zelenskini Krıma dəvət etdi

Tarix:

6-09-2019, 12:21

/ 1 801 dəfə oxundu.
Aksyonov Zelenskini Krıma dəvət etdi

Ukrayna Prezidenti Vladimir Zelenski “Xalqın xidmətçisi” serialındakı Vasili Qoloborodko personajının obrazındadır.

GunAz.az xəbər verir ki, bunu Krım rəhbəri Sergey Aksyonov “Krım 24” kanalına müsahibəsində deyib.

“Mənim fikrimcə, o, filmdəki Qoloborodko obrazı kimi yaşayır. O, hələ də hara düşdüyünü bilmir”, - Aksyonov bildirib.

Onun sözlərinə görə, Zelenski bu obrazdan çıxmalı və sadə insanları narahat edən problemləri həll etməlidir.

“Ukrayna Prezidenti Krıma gəlməli, əhalidən Ukraynaya qayıtmaq istəyib istəmədiklərini soruşmalıdır. İnsanların dediklərini eşit və qəbul et!” - Aksyonov bildirib.

Qeyd edək ki, son günlər Zelenskinin Qoloborodko obrazı ilə vurulması prosesinə start verilib. Əksər rəqibləri sanki eyni mətni səsləndirir və Zelenskini “oynadığı Qoloborodko rolundan” çıxmağa çağırır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ