SON DƏQİQƏ

Çin 1600 hərbçisini Rusiyaya göndərir

Tarix:

30-08-2019, 11:27

/ 1 281 dəfə oxundu.
Çin 1600 hərbçisini Rusiyaya göndərir

Çin Rusiyanın “Mərkəz 2019” təlimində iştirak üçün hərbçilərini və hərbi texnikalarını göndərir.

GunAz.az xəbər verir ki, bu məlumatı Çin Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, Rusiyaya 1600 hərbçi, 300 növ silah, 30-a yaxın təyyarə göndəriləcək.

Qeyd edək ki, “Mərkəz 2019” strateji komanda qərargah təlimi sentyabrın 16-dan 21-nə qədər davam edəcək. Təlimə 128 minə yaxın hərbçi, 20 min hərbi texnika, 600 uçuş aparatı, 15 hərbi gəmi qatılacaq.

Rusiyanın Mərkəzi Hərbi Dairəsi, Xəzər donanması, Şərq Hərbi Dairəsi, Hərbi Desant Qüvvələriylə bərabər, Çin, Qırğızıstan, Pakistan, Hindistan, Qazaxıstan, Tacikistan və Özbəkistan hərbçiləri də təlimdə iştirak edəcək. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ