SON DƏQİQƏ

Ukrayna parlamentinə yeni sədr seçildi

Tarix:

29-08-2019, 17:25

/ 1 867 dəfə oxundu.
Ukrayna parlamentinə yeni sədr seçildi

Ukraynanın Ali Radasının yeni tərkibdə bu gün keçirilən ilk iclasında parlamentin sədri seçilib.

GunAz.az xəbər verir ki, Dmitri Razumkov böyük səs çoxluğu ilə Ukrayna parlamentinin sədri seçilib.

D.Razumkov səsvermədən öncə çıxış edərək bildirib ki, Ukraynada korrupsiyaya, inhisarçılığa qarşı mübarizə, sosial vəziyyətin yaxşılaşdırılması, vətəndaşların hüquqlarının qorunması istiqamətində fəaliyyət gücləndiriləcək. Ukraynanın ərazi bütövlüyünün təmin edilməsi üçün mübarizə davam etdiriləcək. Sonra D.Razumkov deputatların suallarını cavablandırıb.

Qeyd edək ki, 35 yaşlı D.Razumkov hakim “Xalqın xidmətçisi” partiyasından deputat seçilib. O, Prezident Vladimir Zelenskinin seçki kampaniyasının rəhbərlərindən biri olub. İxtisasca iqtisadçıdır. Taras Şevçenko adına Kiyev Milli Universitetini bitirib.

скачать dle 12.1

Şərhlər