SON DƏQİQƏ
» » İrəvan haqlıdır: Bakı bundan istifadə edəcək - Politoloq

İrəvan haqlıdır: Bakı bundan istifadə edəcək - Politoloq

Tarix:

27-08-2019, 16:15

/ 1 911 dəfə oxundu.
İrəvan haqlıdır: Bakı bundan istifadə edəcək - Politoloq

Ermənistan XİN rəhbərinin Azərbaycanın onlara güc tətbiq etməsi ilə bağlı narazılığı təəccüb doğurur.

Bu sözləri GunAz.az-a açıqlamasında Azərbaycanın keçmiş Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın açıqlamasına münasibət bildirərkən deyib. O, Azərbaycan və Türkiyənin Ermənistanla bağlı hazırda yürütdüyü siyasəti alqışladığını bildirib:

“Ermənilər tamamilə düzgün fikirləşirlər. Azərbaycanın hər bir imkandan istifadə edərək, öz hərbi-siyasi və iqtisadi gücünü artırmaq hüququ var. Ermənilər Azərbaycan torpaqlarını işğal edib və etnik təmizləmələr aparıblar. Hazırda Ermənistan tərəfinin bu reaksiyası təəccüblü görünür. Çünki özləri güc yolu ilə bizim torpaqlarımızı işğal altında saxlayarkən narazılıq edirlər ki, Azərbaycan bunun aradan qaldırması üçün cəhd göstərir. Çox qəribə bir məntiqdir. Bunu “erməni məntiqi” adlandırardım. Azərbaycan hər bir imkandan istifadə edib, öz torpaqlarını azad etməli və etnik təmizləmələr nəticəsində didərgin düşmüş vətəndaşlarını evlərinə qaytarmaq üçün hər bir addımı atmalıdır”.

T.Zülfüqarov qeyd edib ki, Bakının Qarabağdakı rejimlə danışıqlar aparmasından söhbət belə gedə bilməz:

“Ermənistan XİN rəhbəri Azərbaycan tərəfinin Qarabağdakı qondarma rejimlə danışıqlar məsələsini qeyd edir. Qarabağdakıları rejim adlandırmaq olmaz. Onlar sadəcə işğalçı qüvvədir. Paşinyan sonuncu bəyənatlarında da birmənalı olaraq söyləyib ki, Qarabağ Ermənistandır. Əgər onlar bunu açıq şəkildə bildirirlərsə, deməli, Azərbaycan öz konstitutsion hüququnu istifadə etmək haqqına sahibdir və bunun üçün hər bir addımı atmalıdır”.

Qeyd edək ki, Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Ermənistanın Qarabağ konfliktinin sülh yolu ilə həllinin tərəfdarı kimi çıxış etdiyini, lakin Azərbaycanın güc tətbiqiylə bağlı təhdidlərinin qəbuledilməz olduğunu deyib.

Mnatsakanyan Bakını hərbi-siyasi balansı pozmaqda və guya regional stabilliyə təhdid yaratmaqda ittiham edib. Erməni nazir bildirib ki, əgər Bakı konfliktin sülh yoluyla həllində maraqlıdırsa, o zaman Qarabağdakı rejimlə danışıqlarda maraqlı olmalıdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ