SON DƏQİQƏ
» » Miqrantlar sərhəddə problem yaratdı - Venesuelalılar vizaya etiraz edir

Miqrantlar sərhəddə problem yaratdı - Venesuelalılar vizaya etiraz edir

Tarix:

27-08-2019, 11:13

/ 1 790 dəfə oxundu.
Miqrantlar sərhəddə problem yaratdı - Venesuelalılar vizaya etiraz edir

Kolumbiya və Ekvador arasındakı sərhəd keçidində problem yaranıb.

Bu barədə EFE agentliyi məlumat yayıb.

Bildirilir ki, yüzlərlə Venesuela miqrantı Rumiçaka körpüsündə yolu kəsərək, Kolumbiya və Ekvador arasındakı sərhəd keçidinin işini dayandırıb.

Bolivar Respublikasının vətəndaşları Ekvador Prezidenti Lenin Morenonun imzaladığı fərmana etiraz edirlər. Fərmana əsasən, avqustun 26-dan venesuelalıların ölkəyə daxil olması üçün viza tələb olunur.

Xatırladaq ki, iyulun 26-da Ekvador Prezidenti Venesuela ilə viza rejimininin tətbiq olunduğunu elan edib.

скачать dle 12.1

Şərhlər