SON DƏQİQƏ
» » İran Yəmən sahillərinə hərbi gəmi göndərib

İran Yəmən sahillərinə hərbi gəmi göndərib

Tarix:

26-08-2019, 20:20

/ 1 914 dəfə oxundu.
İran Yəmən sahillərinə hərbi gəmi göndərib

İran Ordusu Ədən Körfəzində və Oman dənizində nəqliyyatın təhlükəsizliyi üçün hərbi gəmi ezam edib.

GunAz.az İRNA-a istinadla xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qəraragah rəisi Məhəmməd-Hüseyn Baqiri məlumat verib.

İran hərbi rəsmisi bildirib ki, ölkə ordusu Səhənd adlı linkor gəmisini Ədən körfəzi və Oman dənizinə göndərib.

M. Baqirinin sözlərinə görə hərbi gəmi Ədən körfəzi və Oman dənizində neft və ticarət gəmilərinin təhlükəsiz şəkildə hərəkətini təmin edəcək.

İran hərbi mənbələri bildiriblər ki, bu mühüm ezamiyyətdə Səhənd gəmisini "63-cü dəniz donanmasının" "Xarg" adlı hərbi gəmisi də müşayiət edəcək.

Qeyd edək ki, son aylarda Fars Körfəzində, Hörmüz boğazında, Oman dənizi, Qırmızı dəniz eləcə də Cəbəli-Tariq sahillərinə yaxın sularda neft və ticarət gəmilərinin qarşılıqlı şəkildə saxlanılması və hədəfə alınmasından sonra İranla ABŞ və onun müttəfiqləri arasında münasibətlər daha da gərginləşib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ