SON DƏQİQƏ
» » Gürcüstana investisiyalar azaldı, Azərbaycan liderdir

Gürcüstana investisiyalar azaldı, Azərbaycan liderdir

Tarix:

16-08-2019, 13:01

/ 1 755 dəfə oxundu.
Gürcüstana investisiyalar azaldı, Azərbaycan liderdir

2018-ci ildə Gürcüstana birbaşa xarici investisiyalar 2017-ci illə müqayisədə 35,5% azalıb.

GunAz.az xəbər verir ki, bu məlumatı “Apsny.ge” yayıb. Məlumata görə, keçən il ərzində xarici donorlar ölkəyə 1,265 milyard dollar investisiya qoyublar. İnvestisiya axınının azalmasına əsas səbəb kimi Gürcüstanda qaz kəməri tikintisinin bitməsi göstərilib.

Keçən il ərzində həmçinin Gürcüstana yatırılan birbaşa investisiyaların həcminə görə Azərbaycan yenə lider olub. Azərbaycan Gürcüstana 246 milyon dollar investisiya yatırıb ki, bu da ümumi göstəricinin 19,5%-ni təşkil edib. Azərbaycandan sonrakı yerləri Niderland (208 milyon dollar) və Britaniya (179 milyon dollar) tutub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ