SON DƏQİQƏ

Azərbaycan yenə birinci oldu

Tarix:

21-06-2017, 22:23

/ 6 363 dəfə oxundu.
Azərbaycan yenə birinci oldu

Azərbaycan ilin ilk rübündə Gürcüstana ən çox sərmayə qoyan ölkə olub.
Bu barədə Gürcüstan Milli Statistika idarəsinin hesabatında deyilib.
Hesabatda qeyd olunub ki, yanvar-mart ayları arasında Gürcüstana birbaşa xarici investisiyaların həcmi 403 milyon dollar təşkil edib. Azərbaycan ölkə iqtisadiyyatına 97 milyon dollar sərmayə yatırmaqla bu sahədə liderliyini qoruyub.
Xarici sərmayənin həcminə görə ilk 5 ölkə bunlardır: Azərbaycan - 97 milyon dollar, Türkiyə - 82 milyon dollar, Böyük Britaniya – 80 milyon dollar, BƏƏ – 39 milyon dollar, Kipr – 22 milyon dollar.
Xatırladaq ki, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizin Gürcüstan iqtisadiyyatına ümumi olaraq 3.4 milyard dollar həcmində sərmayə qoyduğunu bildirmişdi.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər