SON DƏQİQƏ
» » İrəvanda atəş açmaq əmrini hansı general verib? - Məxfi

İrəvanda atəş açmaq əmrini hansı general verib? - Məxfi

Tarix:

7-08-2019, 17:24

/ 1 274 dəfə oxundu.
İrəvanda atəş açmaq əmrini hansı general verib? - Məxfi

BBC-nin Rusiya xidməti Ermənistanda 1 mart 2008-ci il hadisələrilə bağlı aparılan istintaq sənədləri ilə tanış olub.

GunAz.az xəbər verir ki, BBC yaydığı məlumatda istintaq materiallarında 1 mart insidentinin iştirakçısı kimi əsasən iki eks-prezident və iki deputatın adının çəkildiyini bildirib. Belə ki, sənədlərdə 1 mart hadisələri zamanı etirazçılara atəş açan qrupun Qarabağdan gətirilən hərbçilər olduğu və onlara general-mayor Samvel Karapetyanın rəhbərlik etdiyi əks olunub.

Bununla bərabər, Qarabağdan gətirilən dəstələrin Prezident Administrasiyasının zirzəmisində yerləşdirildiyi və onları eks-prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın ziyarət etdiyi vurğulanıb. Cinayət işini aparan müstəntiqlər həmçinin bu dəstələrin Qarabağdan İrəvana gətirilməsinin Qagik Çarukyan və Samvel Aleksanyan tərəfindən maliyyəşdirilməsi məsələsi üzərində də araşdırma aparıldığı qeyd edilib.

BBC bu məlumatların bəzilərinin Ermənistan və Qarabağdakı mənbələrin təsdiqlədiyini də bildirib. Britaniya KİV-nin nümayəndəsi həmçinin Ermənistan Xüsusi İstintaq Xidmətindən şərh ala bilmədiyini, Karapetyan və Sərkisyanın bu məsələni müzakirə etmək istəmədiyini, Köçəryanın məsələyə operativ cavab vermək səlahiyyətində olmadığını, Çarukyan və Aleksanyanın haqlarındakı iddiaları təkzib etdiklərini bəyan edib.

Bununla belə, əldə edilən sənədlərdə Karapetyanın haqqında olan iddiaların bəzilərini 15 avqust 2018-ci ildəki sorğusu zamanı təsdiqlədiyi də qeyd olunub. Karapetyanın sorğusunun 4 saat davam etdiyini bildirən BBC bu ifadənin protokolunun surətinin əlində olmasını da vurğulayıb.

Xüsusi İstintaq Komitəsinin versiyasına görə, Karapetyan özünə tabe olanlardan 20 nəfərlik xüsusi qrup yaradıb, onları Prezident Administrasiyasının zirzəmisində yerləşdirib. Komitə həmçinin bu şəxslərin etirazçılara əmr olacağı təqdirdə atəş açmağa hazır olduğunu və 1 mart günü isə atəş açdığını bildirib.

Karapetyan sorğuda Köçəryan və Sərkisyanın onları ziyarət etdiyini təsdiqləsə də bildirib ki, heç kim onlara atəş əmri verməyib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ