SON DƏQİQƏ

Serj Sarkisyan da istintaqa cəlb edilir

Tarix:

16-08-2018, 19:35

/ 10 278 dəfə oxundu.
Serj Sarkisyan da istintaqa cəlb edilir

Ermənistanın eks-prezidenti Serj Sarkisyan da “1 mart” işinə görə dindirilə bilər.

GunAz.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan deyib. 

O bildirib ki, kimlərin ki ifadəsi istintaq üçün faydalı ola bilər dindiriləcəklər.

Qeyd edək ki, 1 mart işi üzrə daha əvvəl Ermənistanın eks-prezidenti Robert Koçaryan həbs edilib, daha sonra azadlığa buraxılmışdı. 

Xatırladaq ki, söhbət 2008-ci ilin 1-2 mart hadisələrindən gedir. O zaman prezident seçkilərindən sonra birinci prezident Levon Ter-Petrosyanın tərəfdarları Mərkəzi Seçki Komitəsinin nəticələrini qəbul etməyib İrəvan küçələrinə çıxmışdılar. Nümayişçilərə qarşı döyüş silahları istifadə edilmiş, 10 nəfər ölmüşdü. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ