Yaponiyanın şimal-şərqində zəlzələ baş verib. Fukusima prefekturası yaxınlığında baş verən 6,2 bal gücündə zəlzələdən sonra sunami təhlükəsi elan edilməyib.
GunAz.az xəbər verir ki, yeraltı təkanlar okeanın 50 km dərinliyində qeydə alınıb.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
N.SAFURA