SON DƏQİQƏ
» » Madurodan TŞ-yə müraciət: Savaşa hazır olun!

Madurodan TŞ-yə müraciət: Savaşa hazır olun!

Tarix:

3-08-2019, 11:32

/ 1 274 dəfə oxundu.
Madurodan TŞ-yə müraciət: Savaşa hazır olun!

Venesuela Prezidenti Nikolas Maduro ABŞ Prezidenti Donald Trampın ölkəni blokadaya almaq təhlükəsilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək.

GunAz.az xəbər verir ki, bu məlumatı Maduro Venesuela Dövlət Televiziyasında çıxışı zamanı paylaşıb.

“Tramp deyir ki, Venesuelaya qarşı karantin tətbiqi haqqında düşünür, yəni bir gəmi belə giriş-çıxış edə bilməyəcək. Bu, blokadadır. Mən Venesuelanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Samuel Monkadeyə tapşırıq vermişəm ki, o bu gün BMT Təhlükəsizlik Şurasında Trampın qanunsuz və cinayət təhdidi haqqında bəhs etsin. Trampa deyirəm ki, cinayətkar imperializm Venesuela ilə bacarmayacaq. Venesuela suları azad, müstəqil və suveren olacaq. Əgər Venesuelaya qarşı karantin tətbiq etmək istəyirsinizsə, savaşa hazır olun”, – deyə o bildirib.

Qeyd edək ki, Tramp bundan öncə Moskva, Tehran və Pekinin Karakasa yardımlarının həcmini nəzərə alaraq, Venesuelaya qarşı blokada məsələsini nəzərdən keçirdiyini bildirib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ