SON DƏQİQƏ

Bin Ladenin oğlu məhv edildi

Tarix:

1-08-2019, 09:20

/ 1 881 dəfə oxundu.
Bin Ladenin oğlu məhv edildi

Üsamə bin Ladenin oğlu Həmzə bin Ladenin ölümü ilə bağlı məlumat yayılıb.

GunAz.az xəbər verir ki, bu məlumatı NBC televiziyası yayıb. Televiziya ABŞ rəsmilərinin bin Ladenin oğlunun harada və nə zaman öldüyü haqqında məlumat vermədiyini bildirib.

Qeyd edək ki, ABŞ fevralda Həmzə bin Laden haqqında məlumat verən şəxsə 1 milyon dollar mükafat verəcəyini bəyan etmişdi.

Həmzə bin Laden 1989-cu ildə anadan olub. 2018-ci ildə o, 11 sentyabr teraktının icraçılarından birinin qızıyla evlənib. Amerika kəşfiyyatı daha sonra Həmzənin Əl Qaidənin rəhbərliyinə gətiriləcəyi barədə məlumat yayıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ