SON DƏQİQƏ
» » Bin Ladenin Nyu-Yorka hücumunun yeni səbəbi ORTAYA ÇIXDI

Bin Ladenin Nyu-Yorka hücumunun yeni səbəbi ORTAYA ÇIXDI

Tarix:

6-09-2017, 22:55

/ 1 140 dəfə oxundu.
Bin Ladenin Nyu-Yorka hücumunun yeni səbəbi ORTAYA ÇIXDI

Amerika rejissoru Stiv Stil öz yeni filmində "Əl-Qaidə” terror təşkilatının keçmiş lideri Üsamə Bin Ladenin 11 sentyabr 2001-ci ildə terror hücumları üzrə motivini açıqlayıb     

GUNAZ.az xarici mediaya istinadən xəbər verir ki, "9/11-ə Yol” adlı sənədli filmdə Amerika rejissorunun ortaya atdığı fərziyyəyə görə, Bin Ladenin Nyu-Yorkda Ümumdünya Ticarət Mərkəzinə hücumu şəxsi həyatı ilə əlaqədar olub.

İddia edilir ki, "Əl-Qaidə” lideri bədbəxt ailə həyatında ABŞ hökumətini gunahlandırırdı. Amerika xüsusi xidmət orqanları tərəfindən təqib edilən "dünyanın bir nömrəli terrorçusu” Səudiyyə Ərəbistanından Sudana, daha sonra Əfqanıstana qaçmağa məcbur olub və bu ölkələrdə yoxsulluq şəraitində yaşayıb.
Bu cür yaşamaq istəməyən ikinci arvadı Xədicə Şərif və böyük oğlu Bin Ladeni ataraq Səudiyyə Ərəbistanına qayıdıblar.
"Onun şəxsi həyatı Amerika xüsusu xidmət orqanlarının təqibi ilə acınacaqlı vəziyyətə düşmüşdü”, - Stil iddia edir.
Bununla belə, iddia edilir ki, Bin Laden ABŞ-dan qisas alacağına başqa arvadını inandırıb.
Qeyd edək ki, Üsamə Bin Laden 1998-ci ildən ABŞ Federal Təhqiqat Bürösunun (FTB) ən çox axtarılan terrorçular siyahısında idi. O, 2 may 2011-ci ildə Pakistanın Abbottabad şəhərində Amerika xüsusi təyinatlı dəstəsinin əməliyyatı ilə öldürülüb.
Üsama Bin Ladenin başçısı olduğu "Əl-Qaidə” terror təşkilatı 11 sentyabr 2001-ci ildə terror hücumuna görə məsuliyyəti üzərinə götürüb.(Publika.az)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ