SON DƏQİQƏ

Tramp: Obamaya görə Ağ Evdən gedirəm

Tarix:

27-07-2019, 18:53

/ 1 750 dəfə oxundu.
Tramp: Obamaya görə Ağ Evdən gedirəm

ABŞ Prezidenti Donald Tramp sələfi Barak Obamanın Ağ Evdə quraşdırdığı yeni kondisioner sistemindən şikayət edib.

GunAz.az xəbər verir ki, jurnalistlərə açıqlama verən Tramp Obamın sifarişi ilə qurulan kondisioner sisteminə görə tez-tez Ağ Evdən getmək məcburiyyətində olduğunu deyib.

"Obamanın zamanında Ağ Evdə yeni kondisioner sistemi quraşdırılıb. Əvvəlki sistem çox yaxşı idi. İndi ya çox isti, ya da çox soyuq olur", - Tramp bildirib.

Bu səbəbdən tez-tez Nyu Cersidə yerləşən iqamətgaha getmək məcburiyyətində qaldığını vurğulayan Tramp bu səfərlərin tətil üçün deyil, işgüzar məqsədlər üçün olduğunu qeyd edib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ