SON DƏQİQƏ
» » Xəzərdə batan İran gəmisi ilə bağlı rəsmi açıqlama - Hamı xilas edildi

Xəzərdə batan İran gəmisi ilə bağlı rəsmi açıqlama - Hamı xilas edildi

Tarix:

26-07-2019, 16:52

/ 1 335 dəfə oxundu.
Xəzərdə batan İran gəmisi ilə bağlı rəsmi açıqlama - Hamı xilas edildi

Dövlət Sərhəd Xidməti (DSX) İran gəmisinin Xəzərdə batması ilə bağlı məlumat yayıb.  

DSX-dən verilən məlumata görə, bu gün saat 14:15-də xidmətin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə İran bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran reydində sahildən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib. 

Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliyyatına başlayıb, batan gəminin doqquz nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.

скачать dle 12.1

Şərhlər