SON DƏQİQƏ
» » İrana qarşı yeni koalisiya daha sərt olacaq – Koreyadan baxış

İrana qarşı yeni koalisiya daha sərt olacaq – Koreyadan baxış

Tarix:

24-07-2019, 13:38

/ 1 275 dəfə oxundu.
İrana qarşı yeni koalisiya daha sərt olacaq – Koreyadan baxış

Artıq Tramp-Conson koalisiyası başlayır və İranla nüvə anlaşması daha çətin bir müstəviyə keçəcək.

Bu sözləri Koreya Milli Müdafiə Universitetinin Milli Təhlükəsizlik Məsələləri üzrə professoru Yançun Kim son zamanlar Hörmüzdə yaşanan gərginliyi GunAz.az-a şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, ABŞ-İngiltərə və İran arasında yaşanan qarşıdurmanın yaxın gələcəkdə bitməsi mümkün deyil:

“İsrail Trampın İran strategiyasını istiqamətləndirən əsas amildir. Məhz buna görə ABŞ Prezidentinin Şimali Koreyaya və İrana olan münasibəti bu qədər fərqlidir. Görünür, Tramp və Conson koalisiyası daha sərt olacaq. Almaniya kimi bir sıra Qərb ölkələri buna ağız büzməklə kifayətlənəcək. Lakin Avropanın ciddi bir addım atması gözlənilmir”.

Politoloqun fikrincə, İran Çin-Rusiya koalisiyasına daha çox yaxınlaşacaq. Beləliklə Rusiya-Çin-İran üçbucağı Hind-Sakit Okean Strategiyasının üzvlərinə qarşı yeni soyuq müharibə dövrünün bir xətti olacaq:

“Bu oyuna ABŞ-la İran ev sahibliyi edəcək, Rusiya, İran və Yaponiya, Hindistan və Avstraliya isə əsas müttəfiqlər olacaq.

Avropanın mövqeyi bu yeni Soyuq müharibə üçün əsla əhəmiyyət kəsb etmir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ