SON DƏQİQƏ
» » Türkiyə-ABŞ razılaşdı: Sabahdan etibarən...

Türkiyə-ABŞ razılaşdı: Sabahdan etibarən...

Tarix:

22-07-2019, 23:41

/ 824 dəfə oxundu.
Türkiyə-ABŞ razılaşdı: Sabahdan etibarən...

Türkiyə Milli Müdafiə naziri Hulusi Akarla ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri arasında görüş keçirilib.

GunAz.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Fəratın şərqindəki təhlükəsizlik bölgəsi, eləcə də Suriyadakı son proseslər müzakirə mövzusu olub.

Qeyd edilir ki, Akarla Cefri PKK/YPG-nin təhlükəsizlik zonasından çıxarılması, bölgədəki ağır silahların toplanması, suriyalıların geri qayıtması üçün lazımi şəraitin yaradılması barədə söhbət edib. Bundan əlavə, görüşdə hər iki ölkənin hərbi nümayəndələrinin təhlükəsizlik bölgəsi ilə bağlı birgə çalışması və sabahdan etibarən görüşün Müdafiə Nazirliyində davamı barədə razılıq əldə edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ