SON DƏQİQƏ
» » İngiltərədən Qahirəyə uçuşlar dayandırıldı - Səbəb

İngiltərədən Qahirəyə uçuşlar dayandırıldı - Səbəb

Tarix:

20-07-2019, 23:08

/ 611 dəfə oxundu.
İngiltərədən Qahirəyə uçuşlar dayandırıldı - Səbəb

İngiltərənin “Britiş Eirveys” hava yolu şirkəti təhlükəsizlik məqsədilə Misirin paytaxtı Qahirəyə uçuşları bir həftəlik dayandırıb.

GunAz.az xəbər verir ki, şirkətdən Qahirəyə getmək üzrə olan sərnişinlərə uçuşların ləğv edildiyi bildirilib. Açıqlamada uçuşların ləğv edilməsinə səbəb olan təhlükəsizlik riskinin nədən ibarət olduğu barədə məlumat verilməyib:

“Təhlükəsizlik tənzimləmələrimizi dünyanın hər yerindəki bütün hava limanlarımızda davamlı olaraq gözdən keçiririk. Daha çox dəyərləndirməyə imkan yaratmaq üçün tədbir olaraq yeddi günboyu Qahirəyə olan uçuşları təxirə saldıq”, - açıqlamada qeyd edilib.

Qeyd edək ki, ötən gün İngiltərə XİN Misirə səyahət edəcək vətəndaşlarına terror riski ilə bağlı xəbərdarlıq etmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ