SON DƏQİQƏ
» » Belarusu Rusiyanın tərkibində istəyirsiniz? - Lukaşenko

Belarusu Rusiyanın tərkibində istəyirsiniz? - Lukaşenko

Tarix:

3-07-2019, 09:24

/ 1 895 dəfə oxundu.
Belarusu Rusiyanın tərkibində istəyirsiniz? - Lukaşenko

Hər hansı respublika öz gücünə suverenliyini qorumalıdır. Rusiyaya, yaxud NATO-ya arxalanmamalıdır.

GunAz.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə ölkəsinin milli bayramı ilə bağlı təşkil edilən tədbirdə çıxışı zamanı deyib.

“Suverenlik və müstəqillik olduqca dəyərli nemətlərdir. Onlar çox qiymətlidir. Bu, sadəcə maddi mənada başa düşülməməlidir”, - prezident bildirib.

Lukaşenko vurğulayıb ki, müstəqilliyi, suverenliyi qorumağın bir neçə yolu var ki, onlardan biri NATO-ya müraciətdir:

“Əgər biz güclü şəkildə istəsək, onlar söz verəcəklər. İnternetdə yazılanları da məmnuniyyətlə qəbul edərdik. Siz bu variantı istəyirsiniz? Mən yox... Eyni ilə Rusiyadan da bunu istəmək olar. Nüvə çətiri, hipersəsli silahlar və daha güclüləri... Danışıb, razılaşa bilərik. Siz Rusiyanın tərkibində qorunmağı istəyirsiniz? Mən istəmirəm. Belarus üçün III variant qalır: Özü özünü qorumaq”.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ