SON DƏQİQƏ

Lukaşenko ABŞ-ı TƏHDİD ETDİ

Tarix:

6-11-2018, 13:42

/ 10 227 dəfə oxundu.
Lukaşenko ABŞ-ı TƏHDİD ETDİ

NATO-nun fəallığının artması və ya Polşada ABŞ hərbi bazasının yaradılması halında Minskə yeni silahlar, həmçinin raketlər lazım olacaq.

GunAz.az Publika -ya istinadən xəbər verir ki, bu haqda Belarus prezidenti Aleksandr Lukaşenko Amerika analitikləri qrupu ilə Minskdə görüşündə bildirib.

“Əgər NATO bizi qorxutmağa davam edərsə, bizə daha effektiv silahlar, hər şeydən əvvəl raketlər lazım olacaq”, - o deyib.

Prezidentin sözlərinə görə, Minsk təhlükəsizliyin müstəqil təminatı üzrə işləyir.

“Biz öz raket sənayemizi yaratmışıq və yüksək dəqiqlikli raket silahları istehsal edirik”, - prezident xatırladıb.

Xatırladaq ki, daha əvvəl Polşa ABŞ-a öz ərazisində daimi əsaslarla zirehli tank diviziyasını yerləşdirməyi təklif edib. Varşava hərbi bazanın yaradılmasına görə, 1,5-2 milyard dollarlıq xərcləri də öz üzərinə götürüb. Təklif NATO-dan kənar, ikitərəfli hərbi əməkdaşlıq çərçivəsində irəli sürülüb.

Lukaşenko Polşaya “artıq bazaları” yaratmamağı məsləhət görüb, əks halda, Minsk və Moskvanın cavab verməyə məcbur olacağını söyləyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ