SON DƏQİQƏ
» » Moskva təklif edir: Bakı Su-35 ala bilər? - Polkovnik

Moskva təklif edir: Bakı Su-35 ala bilər? - Polkovnik

Tarix:

2-07-2019, 09:02

/ 1 762 dəfə oxundu.
Moskva təklif edir: Bakı Su-35 ala bilər? - Polkovnik

Azərbaycana silah satışı ilə bağlı bir çox yerlərdən belə təkliflər gəlir, lakin Bakı daha çox ehtiyacı olan silahların alınmasına həyata keçirir.

Bu sözləri GunAz.az-a açıqlamasında hərbi ekspert, polkovnik Şair Ramaldanov Rusiyanın Azərbaycana yeni döyüş təyyarələrini təklif etməsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, hazırda bu döyüş təyyarələrini almağa ciddi ehtiyacımız yoxdur:

“Bu gün Azərbaycan Ordusu kifayət qədər müasir silahlara sahibdir. Yeni silah almaq üçün geniş şəkildə götür-qoy edilməlidir. Hesab edirəm ki, hazırda Azərbaycan Ordusu üçün Su-34 və Su-35 döyüş təyyarələrinin alınmasına ehtiyac yoxdur. Ümumiyyətlə, ölkəmizə silah satışı ilə bağlı bir çox yerlərdən belə təkliflər gəlir. Lakin Azərbaycan daha çox ehtiyac olan silahların alışını həyata keçirir”.

Hərbi ekspert gələcəkdə sözügedən döyüş təyyarələrinin alınmasının mümkün olduğunu deyib:

“Azərbaycan Ordusunun gücü bu gün yetərli səviyyədədir. Lakin gələcəkdə Azərbaycan Silahlı Qüvvələrinin üstünlüyünü daha da artırmaq üçün Su-34 və Su-35 döyüş təyyarələrinin alınmasını həyata keçirmək olar. Düşünürəm ki, bu döyüş təyyarələrinin qarşıdakı illərdə alınması Ordumuza yeni imkanlar qazandıra bilər”.

Qeyd edək ki, Rusiya Ordu-2019 (Army-2019) Forumunda Azərbaycan Müdafiə Nazirliyinin heyəti üçün Su-34 və Su-35 döyüş təyyarələrinin təqdimatını keçirib. Rusiya tərəfi adı çəkilən təyyarələrin Azərbaycana ixracı üçün danışıqlara hazır olduğunu bəyan edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ