SON DƏQİQƏ
» » “Ermənistanın bu istəyi çətin ki, baş tutsun” – Politoloq

“Ermənistanın bu istəyi çətin ki, baş tutsun” – Politoloq

Tarix:

5-12-2018, 09:50

/ 10 274 dəfə oxundu.
“Ermənistanın bu istəyi çətin ki, baş tutsun” – Politoloq

“NATO-nun bölgəyə münasibəti dəyişir. Xüsusilə, silah satışına dair embarqonun zəiflədilməsi istiqamətində müəyyən addımlar atılır. Fransanın “MBDA Systems” şirkəti ilə Azərbaycan arasında “ASTER 30 SAMP/T” və “VL Mica” hava hücumundan müdafiə sistemlərinin alqı-satqısına dair danışıqların yaxın vaxtlarda yekunlaşmasının gözlənilməsini bunun bir göstəricisi saymaq olar”.

Bunu GunAz.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfəri zamanı Azərbaycana silah sata biləcəklərini deməsi, həmçinin, Almaniyanın federal kansleri Angela Merkelin Bakı ilə hərbi-texniki əməkdaşlığa işarə etməsi Azərbaycana silah satışı ilə bağlı qoyulmuş embarqo ətrafındakı çəmbəri daraltdı:

“Aparıcı Avropa ölkələri artıq Azərbaycana silah satmaq qərarına gəliblər. Almaniyada da bu fikir var. Amma Fransa Almaniyanı qabaqladı və Azərbaycana hava hücumundan müdafiə sistemləri satılacağını bildirdi. Əlbəttə, Fransa silah istehsalı sahəsində dünyanın ən qabaqcıl ölkələrindən biridir. O istər təyyarə, istər hava hücumundan müdafiə sistemləri, istərsə də hərbi gəmiçilik sahəsində böyük uğurları olan bir ölkədir. Fransa ilə Türkiyə uzun müddətdir ki, hərbi sahədə əməkdaşlıq edir. Belə görünür ki, Azərbaycanla da hərbi əməkdaşlığın bünövrəsi artıq qoyulmaqdadır. Çünki bizim mütəxəssislər də bununla bağlı müsbət fikirlər səsləndirib”.

Q.Hüseynli hesab edir ki, Fransa ilə Azərbaycana lazım olan müxtəlif hərbi texnikanın alınmasına dair işlər qısa müddətdə yekunlaşa və alqı-satqı həyata keçirilə bilər:

“Bunun ardınca biz NATO ölkələrindən Almaniyaya və ABŞ-ın özünə də bu məsələdə yol aça bilərik. Yaranmış atmosfer, formalaşmış mülayim iqlim buna imkan yaradacaq. Ermənistan isə hər şeyi pulsuz əldə etməyə öyrənib. Ona görə də Ermənistanın bu dövlətlərlə söhbəti çətin ki baş tutsun. Onlar ancaq yalançı kreditlər adı altında Rusiyadan silah qoparmağı özlərinin müsbət işi hesab edirlər və bundan sonra da həmin işi davam etdirəcəklər. Azərbaycanın seçdiyi xətt isə düzgün xətdir və bu xətt qalib gələcək”.

Qeyd edək ki, sentyabr ayında Bakıda keçirilən “ADEX-2018” müdafiə sənayesi sərgisində Fransanın “MBDA Syestens” şirkətinin satış və biznesin inkişafı departamentinin baş direktoru Kristina Ramon açıqlamasında Azərbaycanın “ASTER 30 SAMP/T” və “VL Mica” zenit-raket kompleksləri sata biləcəklərinə dair açıqlama vermişdi. Bu günlərdə yayılan xəbərdə görə isə şirkətlə Azərbaycan arasında alqı-satqıya dair danışıqların yaxın vaxtlarda yekunlaşması gözlənilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ