SON DƏQİQƏ
» » AB-də parçalanma: Yeni lideri seçə bilmədilər

AB-də parçalanma: Yeni lideri seçə bilmədilər

Tarix:

1-07-2019, 10:09

/ 887 dəfə oxundu.
AB-də parçalanma: Yeni lideri seçə bilmədilər

Avropa Birliyinin liderləri Avropa Komissiyasının rəhbərini seçə bilməyiblər.

GunAz.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində Avropa Şurasının rəhbəri Donald Tuskun rəsmi nümayəndəsi Preben Aman paylaşıb.

Məlumata görə, AB liderləri Avropa Komissiyasının rəhbərliyinə namizədlər arasında seçim edərkən fikir ayrılığı yaşayıblar. Aman Tuskun bundan sonra AB liderləri ilə ikitərəfli görüşlər keçirəcəyini bildirib.

Qeyd edək ki, bundan öncə bir sıra AB liderləri sosial demokrat Frans Timmermansın Avropa Komissiyasının rəhbəri seçilməsinə qarşı çıxıblar. Buna səbəb kimi Timmermansın Mərkəzi və Şərqi Avropa dövlətlərini təhdid etməsi olub. Belə ki, Timmermans bu dövlətlərin miqrantları qəbul etməyəcəyi halda onlarla sərhədlərin bərpa olunacağını bildirib.

N.SAFURA

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ