SON DƏQİQƏ
» » Paşinyan bu vədlərlə vəziyyətdən çıxmağa çalışır

Paşinyan bu vədlərlə vəziyyətdən çıxmağa çalışır

Tarix:

29-06-2019, 14:20

/ 1 293 dəfə oxundu.
Paşinyan bu vədlərlə vəziyyətdən çıxmağa çalışır

Ermənistan-Rusiya münasibətləri heç zaman iki müstəqil dövlət arasındakı münasibətlər kimi olmayıb və bundan sonra da olmayacaq.

Bu sözləri GunAz.az-a açıqlamasında politoloq Zaur Məmmədov Rusiya-Ermənistan münasibətləri barəsində danışarkən deyib. O bildirib ki, Cənubi Qafqazda Rusiya üçün Ermənistan o qədər də maraqlı deyil:

“Ermənistan-Rusiya münasibətlərində ümumilikdə heç nə dəyişməyib. 2018-ci ildə iki ölkə arasındakı münasibətlər pisləşsə də, sonradan bir qədər düzəlməyə başladı. Ümumiyyətlə, Ermənistan-Rusiya münasibətləri heç zaman iki müstəqil dövlət arasındakı münasibətlər kimi olmayıb və bundan sonra da olmayacaq. İrəvan siyasi, iqtisadi və hərbi baxımdan Moskvadan asılıdır. Bu asılılıq hər keçən gün Ermənistanın əleyhinə artır. Əslində Cənubi Qafqazda Moskva üçün Ermənistan o qədər də vacib deyil. Çünki İrəvanın iqtisadi resursu və siyasi çəkisi yoxdur”.

Politoloq Ermənistan rəhbərliyinin xalqı demokratiya adı altında boş vədlərlə aldatdığını vurğulayıb:

“Ermənistanda demokratiyadan və demokratik lider amilindən söhbət gedə bilməz. Nikol Paşinyan çıxışında bildirirdi ki, guya o, məhkəmənin işinə qarışmır və məhkəmə özü müstəqil şəkildə qərar verir. Lakin Paşinyanın xalqı məhkəmələrin qarşısına çağırması və qəbul edilən qərara təzyiq etməsi onun yalanlarını üzə çıxardı. Bütün bunlar bir daha göstərdi ki, Ermənistanda demokratiya yoxdur. Ümumiyyətlə, Paşinyan hakimiyyəti artıq öz nüfuzunu itirməyə başlayıb. İndi isə o, ölkənin ixracatının, emal sənayesi və yüksək texnoloji malların ixracının artdığına dair yalan bəyanatlar verməklə vəziyyətdən çıxmağa çalışır. Lakin xalq onun vədlərinin boş və mənasız olduğunu bilir”, - deyə ekspert yekunlaşdırıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ