SON DƏQİQƏ
» » Ermənistan prezidenti Moskvaya təcili səfər edib

Ermənistan prezidenti Moskvaya təcili səfər edib

Tarix:

13-10-2018, 12:46

/ 10 293 dəfə oxundu.
Ermənistan prezidenti Moskvaya təcili səfər edib

Ermənistan prezidenti Armen Sarkisyan həftənin əvvəlində Moskvaya səfər edib. Səfər zamanı o, Rusiya xarici işlər naziri Sergey Lavrov və onun müavini Qriqori Karasinlə görüşüb. 

GunAz.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı “Kommersant” qəzeti Rusiya dövlət strukturundakı mənbəyə istinadla məlumat yayıb. 

Mənbənin sözlərinə görə, danışıqlar qeyri-formal xarakter daşıyıb. Tərəflər Rusiya və Ermənistan arasındakı münasibətləri, eləcə də, Ermənistan parlamentinə keçiriləcək seçkilər ərəfəsindəki vəziyyəti və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun işini müzakirə ediblər. 

Bundan əvvəl, Ermənistanda deputatlar parlamentin buraxılmasını blok edən qanunu qəbul ediblər. 

скачать dle 12.1

Şərhlər