SON DƏQİQƏ
» » İraq polisi Bəhreyn səfirliyinə daxil olan etirazçılardan 54-ü saxlayıb

İraq polisi Bəhreyn səfirliyinə daxil olan etirazçılardan 54-ü saxlayıb

Tarix:

28-06-2019, 18:36

/ 1 278 dəfə oxundu.
İraq polisi Bəhreyn səfirliyinə daxil olan etirazçılardan 54-ü saxlayıb

İraq polisi ötən gün Bəhreynin Bağdaddakı səfirliyinə daxil olan etirazçılardan 54-ü saxlayıb.

GunAz.az Sumariya Agentliyinə istinadla xəbər verir ki, bu barədə İraqın Daxili İşlər Nazirliyi məlumat verib.

Bildirilib ki, polis qüvvələri ötən gün Bəhreyn səfirliyinə "hücum çəkən" etirazçı və "iğtişaşçı"lardan 54-ü saxlayaraq məsuliyyətə cəlb edib.

Eyni zamanda İraq Xarici İşlər Nazirliyi də paytaxtda Bəhreyn səfirliyinə edilən müdaxiləni pisləyib.

Qeyd edək ki, ABŞ-ın Fələstin planı ilə bağlı toplantıya ev sahibliyi etdiyinə görə, iraqlı etirazçılar Bəhreynin Bağdaddakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. Daha sonra iraqlı etirazçılar Bəhreynin Bağdaddakı səfirliyinə daxil olaraq, Fələstinin bayrağını bu səfirliyin üzərinə sancıblar və Bəhreyn hakimiyyətinə, Səudiyyə Ərəbistanı və ABŞ-a qarşı şüarlar səsləndiriblər. Buna görə Bəhreyn İraqdakı səfirini geri çağırıb.

Bildirək ki, əksər ərəb və müsəlman ölkələri o cümlədən Fələstin Muxtariyyəti və bütün fələstinli hərəkatlar ABŞ-ın Bəhreyn toplantısını boykot etmişdilər. 25- 26 iyunda keçirilən bu toplantıda ABŞ-ın təqdim etdiyi planda fələstinli qaçaınların (5 milyon civarında) öz yurdlarına dönməsi, Fələstin dövlətinin təsisi, Qüdsün statusu və sair əsas tələblərdən söhbət getməyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ