SON DƏQİQƏ
» » Rusiya XİN: Vaşinqtonda qumar oynamağı sevirlər

Rusiya XİN: Vaşinqtonda qumar oynamağı sevirlər

Tarix:

27-06-2019, 11:34

/ 1 289 dəfə oxundu.
Rusiya XİN: Vaşinqtonda qumar oynamağı sevirlər

ABŞ-ın İranla bağlı addımları olduqca riskli həmlələrdir.

Regnum”un məlumatına görə, bu sözləri Rusiya XİN-in Asiyanın İkinci Departamentinin direktoru Zamir Kabulov deyib.

“Bu, (ABŞ-İran əlaqələri – red.) mənə hələlik sərt və təhlükəli həmlə kimi görünür”, - deyə Z.Kabulov Moskvada “Valday” klubunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Vaşinqtonda qumar oyunlarını sevirlər və ona görə də nəticəsi bəlli olmayan bu kimi poker oyunlarına üstünlük verirlər.

Xatırladaq ki, bir müddət əvvəl İran Silahlı Qüvvələrinin Oman körfəzində ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurması regionda vəziyyəti daha da gərginləşdirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ