SON DƏQİQƏ
» » Rus səfirin Qarabağla bağlı qeyri-diplomatik görüşü

Rus səfirin Qarabağla bağlı qeyri-diplomatik görüşü

Tarix:

27-06-2019, 10:59

/ 1 321 dəfə oxundu.
Rus səfirin Qarabağla bağlı qeyri-diplomatik görüşü

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Ermənistan-Qarabağ strateji ittifaqı” forumunun təşkilat komitəsinin nümayəndələri olan Armen Rüstəmyan, David Şahnəzəryan və Geqam Nəzəryanla görüşüb.

GunAz.az xəbər verir ki, bu məlumatı Daşnaksütyun Partiyası yayıb. Görüş zamanı əsas müzakirə mövzusu Qarabağ konfliktinin həlli ilə bağlı danışıqlardakı cari vəziyyət olub. Təşkilat komitəsinin üzvləri Kopırkinə may ayında Qarabağda təşkil etdikləri forumun nəticələrini təqdim ediblər.

Qeyd edək ki, adı çəkilən birlik may ayında Azərbaycanın işğal edilmiş Xankəndi şəhərində ilk iclasını keçirib. Birliyin tərkibinə Ermənistan və qondarma Qarabağdakı müxtəlif təşkilat və partiyalar daxil ediliblər. Bu birliyin əsas hədəfinin Ermənistan və separatçı rejim arasında strateji müqavilənin imzalanmasını nəzərdə tutan prosesin başladılmasıdır.

Birlikdə əsasən, rusiyayönlü təşkilatlar, eləcə də keçmiş hakimiyyət partiyaları toplanıblar. Birlikdə Daşnaksütyun və Respublikaçılar partiyaları xüsusi aktivlik nümayiş etdirirlər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ