SON DƏQİQƏ

Daşnaklar Paşinyanı devirməyə hazırlaşır

Tarix:

30-04-2019, 12:33

/ 189 dəfə oxundu.
Daşnaklar Paşinyanı devirməyə hazırlaşır

Daşnaksütyun Partiyası Ermənistan hökumətinə qarşı etimadsızlıq elan edilməsi prosesini başlatmaq niyyətindədir.

GunAz.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb.

“Partiya cari ilin may-iyun aylarında hökumətdən ictimai narazılığın pik həddə çatacağını güman edir. Buna əsas səbəb isə dövlət aparatının optimallaşdırılması siyasəti, “Qazprom Ermənistan”, “Ermənistan Elektrik Şəbəkələri” və “Araratsement”də başlayacaq ixtisarlar olacaq.

Daşnaksütyun həmçinin İşıqlı Ermənistan və Çiçəklənən Ermənistan partiyaları ilə eyni anda deputat mandatlarından imtina vasitəsilə böhranın yaradılması variantlarını da müzakirə edir. Bununla belə mənbəmiz bu ssenarini reallaşdırmağın çətin olduğunu, amma tərəflərin bu məsələlərin müzakirəsini davam etdirdiyini deyib”, – deyə qəzetin yaydığı xəbərdə bildirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ