SON DƏQİQƏ
» » Gürcüstan müxalifəti yenidən əhalini küçələrə səslədi

Gürcüstan müxalifəti yenidən əhalini küçələrə səslədi

Tarix:

21-06-2019, 10:31

/ 1 820 dəfə oxundu.
Gürcüstan müxalifəti yenidən əhalini küçələrə səslədi

Gürcüstan müxalifəti yenidən Tiflisdəki parlament binası qarşısında aksiya keçirməyə hazırlaşır.

GunAz.az xəbər verir ki, bunu Avropa Gürcüstanı Partiyasının liderlərindən biri Giqa Bokeriya deyib.

“Aksiya tam dinc xarakter daşıyacaq və saat 19:00-da start götürəcək. Baş verənlərdən sonra prosesi dayandırmaq mümkün deyil”, – deyə o bildirib.

Qeyd edək ki, dünəndən Gürcüstanda parlament qarşısında etirazlar başlayıb. Etirazçılar spikerin, DİN və təhlükəsizlik xidməti rəhbərlərinin istefasını tələb ediblər.

Dünən etirazçıların parlamentin binasını ələ keçirmək istəməsi polislə toqquşmanın yaşanmasına səbəb olub. Nəticədə onlarla adam xəsarət alıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ