SON DƏQİQƏ
» » İranla müharibə etmək istəmirik - ABŞ dövlət katibi

İranla müharibə etmək istəmirik - ABŞ dövlət katibi

Tarix:

17-06-2019, 18:59

/ 1 830 dəfə oxundu.
İranla müharibə etmək istəmirik - ABŞ dövlət katibi

"Oman dənizindəki hücumlarda İran məsuliyyət daşıyır. İranla  müharibə etmək istəmirik. Lakin beynəlxalq sularda nəqliyyatın təhlükəsizliyini həmişəki kimi təmin edəcəyik. 

GunAz.az əl-Məyadinə istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo FoxNews-a müsahibəsində deyib.

ABŞ dövlət katibi bildirib ki, "ötən həftə Oman dənizində iki nef tankerinə hücumda şübhəsiz İran məsuliyyət daşıyır."

O əlavə edib ki, buna baxmayaraq, İranla müharibə etmək niyyətində deyillər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman da verdiyi müsahibədə ölkəsinin İranla müharibə niyyətində olmadığını bildirib.

Qeyd edək ki, cari ayın 13-də Oman dənizində Panama və Marşal Adaları bayrağı ilə üzən iki neft gəmisinə hücum edilib. Neft gəmilərinin İran sahilinə yaxın olduğundan yardıma çatan ilk İran gəmiləri olub. ABŞ dövlət katibi hücumdan dərhal sonra İranı ittiham edib. İran bu hücumu pisləyib və onun şübhəli olduğunu bəyan edib.  

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ