SON DƏQİQƏ
» » ABŞ İrandan elektrik enerjisi və qaz alan İraqa daha 3 ay "güzəşt" edib

ABŞ İrandan elektrik enerjisi və qaz alan İraqa daha 3 ay "güzəşt" edib

Tarix:

15-06-2019, 17:56

/ 1 891 dəfə oxundu.
ABŞ İrandan elektrik enerjisi və qaz alan İraqa daha 3 ay "güzəşt" edib

ABŞ hökuməti İranın ixrac sahəsinə qarşı sanksiyalar fonunda İraqa daha 3 ay müddətində güzəşt edib.

GunAz.az Mehr Agentliyinə istinadla xəbər verir ki, bu barədə İraq rəsmi mənbələri məlumat veriblər.

Bildirilib ki, İraq, İrandan neft, qaz, neft-kimya məhsulları və sair idxal edən ölkələrə tətbiq edilən sanksiyadan istisna edilib. Əlavə edilib ki, ABŞ-ın İraqa bu güzəşti 3 aya qədər uzadılıb.

ABŞ hökuməti sözügedən məsələdə bundan öncə də İraqa 3 ay güzəşt etdiyini bildirmişdi.

Qeyd edək ki, ABŞ, dünya ictimaiyyətinin İranla əldə etdiyi nüvə sazişindən çıxdıqdan sonra rəsmi Tehrana qarşı sərt sanksiyalara başlayıb və İrandan neft, qaz, neft-kimya məhsulları və sair idxal edən ölkələri də sanksiyalarla hədələyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ