ABŞ-ın Virciniya ştatının kurort şəhəri olan Virciniya-Biç şəhərində atışma baş verib.
GunAz.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda şəhər polisinin tvitter səhifəsində bildirilir.
Bir neçə nəfərin yaralandığı xəbər verilir. Hadisənin şübhəlisi saxlanılıb.
Zərərçəkənlərin sayı və yaralanmaların xarakteri haqqında dəqiq məlumat yoxdur. Bəzi mətbu orqanlar isə hadisə zamanı 1 nəfərin öldürüldüyünü, 6 nəfərin yaralandığını xəbər veriblər.
İnsidentin təfərrüatı açıqlanmır.