SON DƏQİQƏ
» » Əfqanıstanda irimiqyaslı əməliyyat: 150 yaraqlı öldürüldü

Əfqanıstanda irimiqyaslı əməliyyat: 150 yaraqlı öldürüldü

Tarix:

7-05-2019, 20:02

/ 194 dəfə oxundu.
Əfqanıstanda irimiqyaslı əməliyyat: 150 yaraqlı öldürüldü

Əfqanıstanın qərbində ABŞ və Əqanıstan qüvvələrinin ekstremistlərə aid obyektlərə endirdiyi hava zərbələri nəticəsində 150 taliban yaraqlısı və 30 dinc sakin həyatını itirib.

Bu barədə Greater Kashmir yerli rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, əsas zərbələr Fərəh əyalətinin Bəkvə rayonunda ekstremistlərin nəzarətində olan narkotik vasitələrin istehsal olunduğu müəssisələrə yönəlib. Birgə irimiqyaslı hava reydlərinin məqsədi ekstremistləri əsas gəlir mənbələrindən məhrum etmək olub.

Terrorçular məhv edilmiş müəssisələrdə tiryək və metanfetamin istehsal edib. İddiaya görə, həmin laboratoriyalar Talibana gündəlik olaraq bir milyon dollarlıq gəlir qazandırıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ