SON DƏQİQƏ
» » Əfqanıstan aviasiyası mədrəsəni bombardman etdi

Əfqanıstan aviasiyası mədrəsəni bombardman etdi

Tarix:

3-04-2018, 19:38

/ 10 255 dəfə oxundu.
Əfqanıstan aviasiyası mədrəsəni bombardman etdi

Əfqanıstan Hərbi Hava Qüvvələrinin Qunduz şəhərindəki mədrəsəyə endirdiyi aviazərbələr nəticəsində azı 60 dinc sakin ölüb, 50 nəfər xəsarət alıb.

Gunaz.az xəbər verir ki, Bu barədə “Pajhwok” agentliyi senator Abdullah Karlaka istinadən xəbər yayıb. O bildirib ki, ümumilikdə 85 nəfər ölüb. Ölənlərdən 60-ı dinc sakin, 25-i isə “Taliban”çılardır.

Mədrəsənin “Taliban”ın nəzarəti altında olduğu deyilir. Hərbçilərin məlumatına görə, zərbə zamanı içəridə 200-ə yaxın şəxs olub. Onların arasında “Taliban”ın yüksək səviyyəli nümayəndələrinin olduğu da hesab edilir. BMT-nin Əfqanıstana dəstək üzrə missiyası dinc sakinlərin ölmə ehtimalının araşdırdığını bəyan edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ