SON DƏQİQƏ
» »  Gürcü vitse-spikerdən Keşikçi Dağı ilə bağlı açıqlama

 Gürcü vitse-spikerdən Keşikçi Dağı ilə bağlı açıqlama

Tarix:

30-04-2019, 20:37

/ 187 dəfə oxundu.
 Gürcü vitse-spikerdən Keşikçi Dağı ilə bağlı açıqlama

Gürcüstan və Azərbaycan arasında sərhəd məsələsi həll olunmalı və demarkasiya işləri aparılmalıdır.

Report xəbər verir ki, bunu jurnalistlərə Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski deyib.

O, Gürcüstan Prezidenti Salome Zurabişvilinin Keşikçi Dağı Məbəd-Kompleksi ətrafında yaranmış vəziyyətdə günahlandırılmasını əsassız hesab edir: “Salome Zurabişvili Gürcüstanın dövlət maraqlarına xidmət edir və bu da Azərbaycanın maraqlarına zidd deyil. Gürcüstan və Azərbaycanın maraqları üst-üstə düşür. İki ölkə arasında sərhəd məsələsi həll olunmalıdır”.

Qeyd edək ki, S.Zurabişvili aprelin 20-də Azərbaycanla sərhəddə yerləşən Keşikçi Dağı Məbəd-Kompleksinə baş çəkib. O, sərhədçilərlə görüşdən sonra bildirib ki, Gürcüstan-Azərbaycan sərhədinin müəyyən edilməsi üzrə məsələni tezliklə həll etmək lazımdır. Prezidentin sözlərinə görə, bu məsələni təxirə salmaq olmaz.

скачать dle 12.1

Şərhlər