SON DƏQİQƏ
» » Zurabişvilinin Bakı səfərinin proqramı açıqlandı

Zurabişvilinin Bakı səfərinin proqramı açıqlandı

Tarix:

25-02-2019, 20:56

/ 10 317 dəfə oxundu.
Zurabişvilinin Bakı səfərinin proqramı açıqlandı

Gürcüstan Prezidenti Salome Zurabişvili fevralın 27-də Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə Report-a Gürcüstanın Azərbaycandakı səfirliyindən bildiriblər.

İkigünlük səfər zamanı S.Zurabişvili ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə edəcək.

Qeyd edək ki, bu, onun ölkə Prezidenti seçilməsindən sonra ilk regional səfəridir.

***

Gürcüstan Prezidenti Salome Zurabişvilinin fevralın 27-də Bakıya edəcəyi rəsmi səfəri qonşu Azərbaycanla strateji tərəfdaşlığın davam və inkişaf etdirilməsi məqsədi daşıyır.

Bu barədə Gürcüstanın Prezident Administrasiyasının Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, siyasi, iqtisadi, ticari münasibətlərin dərinləşdirilməsi ilə yanaşı, mədəni əlaqələrin də inkişaf etdirilməsi prioritet olacaq. Bu da illər boyu gürcü və Azərbaycan xalqları arasında mövcud olan mehriban qonşuluq və dostluq əlaqələrinə əsaslanır.

Məlumatda S.Zurabişvilinin səfər çərçivəsində yüksək səviyyəli görüşlər keçirəcəyi, həmçinin Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsəsdov, Azərbaycanda yaşayan gürcüstanlı tələbələr və biznes sektorun nümayəndələri ilə də görüşlərinin nəzərdə tutulduğu vurğulanıb.

Dövlət başçısının başçılıq etdiyi nümayəndə heyətinə Gürcüstanın Prezident Administrasiyasının üzvləri və digər rəsmi şəxslər daxil olacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ