SON DƏQİQƏ

Hindistan İrandan neft tədarükünü artırdı

Tarix:

15-04-2019, 14:47

/ 10 209 dəfə oxundu.
Hindistan İrandan neft tədarükünü artırdı

ABŞ-ın İrana qarşı sanksiyalarına rəğmən, bu ölkədən Hindistana neft tədarükü ümumilikdə 5% artıb.

GunAz.az xəbər verir ki, bu məlumatı “Mehr” agentliyi yayıb.

Məlumata görə, 2019-cu ilin fevralı ilə müqayisədə mart ayında Tehranın Hindistana tədarük etdiyi neftin həcmi 56% yüksəlib.

Qeyd edək ki, ABŞ bundan öncə Hindistana İrandan 2019-cu ilin mayına qədər sutkalıq 300 min barel neft tədarük etməsinə icazə verib.

Hindistan hazırda dünyanın ən böyük neft idxalatçısıdır. Ölkə özünün neftə tələbatının 80%-ni idxalat hesabına qarşılayır. Hindistanın əsas neft təchizatçıları Səudiyyə Ərəbistanı, İraq və İran sayılır. Hindistanın neft idxalatının 10%-i İranın payına düşür.

скачать dle 12.1

Şərhlər