SON DƏQİQƏ

AKP İstanbulu geri ala bilər... - Ekspert

Tarix:

4-04-2019, 08:13

/ 10 227 dəfə oxundu.
AKP İstanbulu geri ala bilər... - Ekspert

Təkcə İstanbulda deyil, digər bölgələrdə də ciddi pozuntu faktları var.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyədə 31 martda keçirilən bələdiyyə seçkilərindən sonra AKP-nin İstanbuldakı ilçə seçki qurumlarında səslərin yenidən sayılması ilə bağlı müraciətinə CHP-nin kəskin reaksiyasına münasibət bildirən politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, İstanbulla bərabər, digər bölgələrdə səslərin təkrar sayılması ilə bağlı müraciətlər faktlara, protokollara əsaslanır:

“İstanbulda CHP-nin məsul nümayəndəsi də səslərin düzgün sayılmadığını etiraf edib. CHP nəticələrin dəyişməsindən ehtiyat etdiyi üçün səslərin yenidən sayılmasının dayandırılmasını tələb edir. Pozuntular göz önündədir. Ümid edirik ki, sonda ədalətli sayımla İstanbul bələdiyyəsinin əsl qalibi müəyyənləşəcək”.

Politoloq vurğulayıb ki, səslərin yenidən sayılması İstanbulda Binəli Yıldırımın qalib gəlmə ehtimalını artırır:

“İstanbulda süni qarşıdurmalar da yaradıla bilər. Hətta buna müəyyən işarələr də edildi, xalqın küçələrə çıxarılacağı ilə bağlı xəbərdarlıq da gəldi. Ancaq inanırıq ki, türk xalqı və dövləti müdriklik göstərəcək və səslərin yenidən sayılması, ədalətin dəqiqliyi ilə üzə çıxması heç bir problem yaratmayacaq”.

Qeyd edək ki, AKP-nin İstanbulda səslərin yenidən sayılması ilə bağlı müraciətinə CHP-nin kəskin reaksiya verməsi diqqət çəkir. Buna baxmayaraq, istanbulda 18, Ankarada isə 11 ilçədə səslərin yenidən sayılmasına başlanılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ