SON DƏQİQƏ
» » Ancelina Coli Əfqanıstanla bağlı çağırış etdi

Ancelina Coli Əfqanıstanla bağlı çağırış etdi

Tarix:

30-03-2019, 19:46

/ 10 198 dəfə oxundu.
Ancelina Coli Əfqanıstanla bağlı çağırış etdi

Dünyanın "xeyirxahlıq mələyi" adlandırılan məşhur aktrisa Ancelina Coli Əfqanıstandakı sülh prosesində qadınların iştirakını təmin etməyə çağırıb.

GunAz.az AZƏRTAC-a istinadən bildirir ki, Hollivud "ulduzu" Birləşmiş Millətlər Təşkilatının tribunasında sıxış edərək nazirləri, diplomatları və beynəlxalq təşkilatları zərif cinsin nümayəndələrini də danışıqlar prosesinə daxil etməyə dəvət edib. O deyib: "Əfqanıstanda uzun illərdir davam edən münaqişə nəticəsində minlərlə qadınlar və onların uşaqlarının həyatı təhlükə altında qalıb və onlar sülh prosesində iştirak etməkdən məhrumdurlar. Qadınların hüquqlarını təmin etmədən, onların rəyinə qulaq asmadan, bu ölkədə sülhə və sabitliyə nail olmaq mümkün olmayacaq".

Artıq 18 ildir BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi elçisi kimi dünyanın müxtəlif yerlərində fəlakətə düçar olmuş qadın və uşaqlara yardım edən Coli hesab edir ki, dünyanın bir sıra ölkələrində, o cümlədən Əfqanıstanda qadınların ictimai-siyasi həyatda daha fəal iştirakı cəmiyyət üçün daha fəal olar. O, Birləşmiş Ştatlar administrasiyasının BMT xətti ilə münaqişə zonalarına yardımların azaldılması siyasətini də tənqid edib.

ABŞ-ın Əfqanıstanın bərpası üzrə xüsusi nümayəndəsi də bildirib ki, "Taliban" hərəkatının gələcəkdə qadınlara qarşı daha liberal siyasət aparılacağı barədə bəyanatı müsbət əlamət olsa da, Əfqanıstanda qüvvədə olan hazırkı qanunlar bunun qarşısında ciddi maneədir.

скачать dle 12.1

Şərhlər