SON DƏQİQƏ
» » “Qadınlar adası” satılır - 1 milyon avroya

“Qadınlar adası” satılır - 1 milyon avroya

Tarix:

30-03-2019, 08:14

/ 10 308 dəfə oxundu.
“Qadınlar adası” satılır - 1 milyon avroya

İtaliyada Siciliya sahillərində yerləşən “Qadınlar adası” (“Isola delle Femmine”) satışa çıxarılıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, ada üçün öncə 3,5 milyon avro qiymət təyin edilsə də, sonradan bu məbləğ 1 milyon avroya endirilib.

Məlumata görə, adada heç bir infrastruktur yoxdur. Sadəcə XVII əsrə aid yarımçıq daş qüllə var.

Qeyd edək ki, adanın “Qadınlar adası” adlandırılması qədim əfsanə ilə bağlıdır. Belə ki, qədim dövrlərdə evlərindən qovulmuş 13 türk qadının adaya sığındığı və burada xoşbəxt ömür sürdüyü bildirilir. Adanın adı da bu əfsanədən götürülüb.

скачать dle 12.1

Şərhlər