SON DƏQİQƏ
» » Kompüter xətası Almaniyada 50-dən çox reysi təxirə saldı

Kompüter xətası Almaniyada 50-dən çox reysi təxirə saldı

Tarix:

26-03-2019, 23:00

/ 10 298 dəfə oxundu.
Kompüter xətası Almaniyada 50-dən çox reysi təxirə saldı

Almaniyanın ən iri hava limanı sayılan Frankfurt hava limanında proqram təminatında meydana gələn problemlə əlaqədar 54 hava reysi təxirə salınıb.

Gazeta.ru”nun məlumatına görə, bu haqda “Lufthansa” hava yolları şirkəti məlumat yayıb.

Yaranmış vəziyyətlə əlaqədar dörd minə yaxın sərnişin təyinat nöqtəsinə uça bilməyib.

Proqram təminatında meydana gələn xəta,  havada olan təyyarələrin, onların marşrutlarının və təxmini çatma vaxtları ilə bağlı məlumatların əldə olunmasına əngəl yaradır.

скачать dle 12.1

Şərhlər