SON DƏQİQƏ

Rusiyadan türk almasına qadağa

Tarix:

22-03-2019, 09:00

/ 10 254 dəfə oxundu.
Rusiyadan türk almasına qadağa

Rusiyanın kənd təsərrüfatı mallarına nəzarət qurumu “Rosselxoznadzor” 22 mart tarixindən etibarən Türkiyədə yetişdirilən almanın Belarus ərazindən ölkəyə gətirilməsinə qadağa qoyub.

GunAz.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.

Qurum sözçüsü Yuliya Melanonun sözlərinə görə, qadağa sanksiya siyahısında olan malların Türkiyə istehsalı adı altında Belarus üzərindən Rusiyaya gətirilməsi riski ilə bağlıdır.

Qeyd edək ki, bundan öncə də qurum Türkiyədən alma idxalı ilə bağlı şübhəli məqamların olduğunu bəyan etmişdi.

скачать dle 12.1

Şərhlər