SON DƏQİQƏ

Terrorçunun ailəsi üzr istədi - FOTO

Tarix:

18-03-2019, 08:46

/ 10 209 dəfə oxundu.
Terrorçunun ailəsi üzr istədi - FOTO

Yeni Zelandiyada iki məsciddə 50 müsəlmanı öldürüb, 50-ni yaralayan terrorçu Brenton Tarrantın Avstriyada yaşayan ailə üzvləri çətin olsa da, media qarşısına çıxıb.

GunAz.az bildirir ki, Tarrantın 81 yaşlı nənəsi Mariya Fitcerald xəbəri eşidəndə dəhşətə gəldiyini bildirib :

"Ailəmizdən kiminsə belə bir şey etməsini qəbul etmək çox çətindir. Bunun heç kimi geri qaytarmayacağını bilsək də, ölənlərin ailələrinə və yaralananlara görə çox heyfsilənirik. Biz onlardan üzr istəyirik. Sadəcə evə gedib gizlənmək istəyirik".

Terrorçunun digər nənəsi, 94 yaşlı Coys Tarrant isə nəvəsinin yaxşı uşaq olduğunu, bu qətliamı qəbul edə bilmədiklərini deyib.

Tarrantın anası Şaron Tarrant müəllim işləyir və o xəbəri dərsdə ikən öyrənib.

Hazırda terrorçunun ailəsi polis tərəfindən qorunur.(Oxu.az)

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ