SON DƏQİQƏ
» » Zərif: ABŞ diktatorları və qatilləri dəstəkləyir

Zərif: ABŞ diktatorları və qatilləri dəstəkləyir

Tarix:

6-02-2019, 20:39

/ 10 271 dəfə oxundu.
Zərif: ABŞ diktatorları və qatilləri dəstəkləyir

İran İslam Respublikasının xarici işlər naziri Trampın ABŞ Konqresindəki illik çıxışına reaksiya olaraq, Vaşinqtonun diktatorlar, qatillər və ifratçıları dəstəklədiyini dedi.

GunAz.az xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə günü ABŞ prezidenti Donald Trampın Konqresdəki illik çıxışına reaksiya olaraq Vaşinqtonun Yaxın Şərqdə diktatorlar, qatillər və ifratçıları himayə etdiyini dedi. 

İranın xarici işlər naziri Tvitter-də yazıb: "ABŞ-ın düşmənçilikləri bu ölkənin diktatorlar, qatillər və ifratçıları himayə etməsinə səbəb olub. Bu da regionumuzu xarabalığa çevirib."

Trampın ötən ilin mayında İran ilə nüvə anlaşmasından çıxdığı və İrana qarşı sanksiyaları bərpa etdiyi zamandan İran və ABŞ arasında gərginlik artıb. 

скачать dle 12.1

Şərhlər