SON DƏQİQƏ

Astara sərhəd limanında böyük yanğın

Tarix:

28-01-2019, 15:05

/ 10 264 dəfə oxundu.
Astara sərhəd limanında böyük yanğın

İranın Astara sərhəd limanının böyük mal anbarında yanğın baş verib.

GunAz.az xəbər verir ki, bu barədə Astara limanının bələdiyyə başçısı Cavad Məiyyəti məlumat yayıb.

Yerli sakinlərin Fövqəladə Hallar Xidmətinə hadisə ilə bağlı məlumat verməsindən sonra yanğınsöndürən qrupu olay yerinə ezam olunub.

Yanğınsöndürənlər əvvəlcə alovun digər obyektlərə keçməsinin qarşısını almağa çalışıblar. Hadisədən 2 saat sonra yanğını nəzarətə almaq mümkün olub.

скачать dle 12.1

Şərhlər