SON DƏQİQƏ

Tayvanda böyük yanğın - 9 ölü, 16 yaralı

Tarix:

13-08-2018, 09:04

/ 10 221 dəfə oxundu.
Tayvanda böyük yanğın - 9 ölü, 16 yaralı

Tayvanın şimalında yerləşən Sinbey şəhərinin xəstəxanalarından birində ötən gecə saatlarında böyük yanğın baş verib.

GunAz.az TASS agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 9 insan həlak olub, daha 16-sı xəstəxanaya yerləşdirilib.

Xəstəxanaya yerləşdirilənlərdən 10-nun vəziyyətinin kritik olduğu bildirilir.

Yanğın xəstəxananın yeddinci mərtəbəsində başlayıb. Hadisə yerinə gələn yanğınsöndürənlər təxminən 50 dəqiqədən sonra yanğını nəzarət altına almağı bacarıblar. Yanğınsöndürənlər və xilasedicilər 31 insanı təxliyə edə bilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ